Modern.az

Ayaz Mütəllibov: “Araz Əlizadə onların cavabını verəcək” - MÜSAHİBƏ

Ayaz Mütəllibov: “Araz Əlizadə onların cavabını verəcək” - MÜSAHİBƏ

Aktual

2 Noyabr 2015, 11:54

Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov yaxın silahdaşı Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadənin deputat seçilməsilə bağlı Modern.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

- Ayaz müəllim, bildiyiniz kimi,  dünən ölkədə parlament seçkiləri keçirildi. Artıq növbəti 5 ildə parlamenti təmsil edən deputatların kimliyi bəllidir. Eləcə də, sizin yaxın dostunuz olan ASDP-nın sədri Araz Əlizadə də 35 saylı Xətai Üçüncü Seçki Dairəsindən deputat seçilib. Çox güman ki, Araz Əlizadəni təbrik etdiniz. Ona  hər hansı tövsiyə verdinizmi? Deputat seçiləcəyinə ümidiniz vardımı?

- Sizinlə danışmazdan yarım saat qabaq Araz Əlizadəni təbrik etdim. Tövsiyə xarakterli yox, sadəcə, bir neçə nüansı vurğuladım. Dedim şübhə etmirəm ki, başqalarına nisbətən siyasi təcrübən azdır. Sənin töhfələrin parlamentdə  mühüm və nəzərəçarpacaq dərəcədə olacaq. O da dediklərimə minnətdarlığını bildirdi. Hardasa ümid edirdim ki, Araz Əlizadə deputat seçiləcək.

- Araz Əlizadəni yaxından tanıyan biri kimi onun məsələlərə yanaşma tərzindən xəbəriniz var. Deputatlıq fəaliyyəti dövründə məsələlərə yanaşma tərzi  onun siyasi imicinə necə təsir edəcək?

- Araz  Əlizadəni çoxdan tanıyıram. O, siyasətlə çoxdan məşğuldur. 1980-ci illərin sonlarından bəri aktiv siyasətdədir. İlk müxalifətdə olan partiyanın banisidir. Ümumiyyətlə, sözü açıq deyən insandır. Çox zaman çıxışlarında sözün daha iti  formalarından istifadə edir. Bəzilərinin bu cür çıxışlar xoşuna gəlir, bəzilərinin isə yox. Çox emosional insandır. Eyni zamanda, haqqı pozulan yerdə  radikal şəkildə münasibətini bildirir.

- Dediyiniz kimi, Araz Əlizadə çox emosional insandır. Bəzən hər hansı məsələyə münasibət bildirərkən sanki emosiyalarına sahib ola bilmir. Bu, parlamentdə yeni qarşıdurmalara səbəb olmayacaq ki?

- Xeyr. Araz Əlizadə danışıq tərzini çox yaxşı bilir. Həmçinin, mübahisənin də tərzini bilir. O, təcrübəli insandır. Əgər ona qarşı mənaca xoşagəlməyən sözlər işlədilsə, cavabını verəcək. Amma könüllü olaraq hücuma keçən adam deyil. Onun təcrübəsinə görə parlament bu cür deputatların köməyi ilə öz hörmətini qaldıra bilər.

Namidə BİNGÖL

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı