“Azəriqaz” İstehsalat Birliyinin növbəti “Açıq mətbuat saatı”nda qurum rəsmiləri Modern.az saytının əməkdaşının da suallarına cavab veriblər.
“Azəriqaz” İB-nin Yeni qazlaşdırma və inkişaf şöbəsinin rəisi Kamran Cəfərov bildirib ki, Prezident İlham Əliyevin tapşırığından sonra Bakıətrafı kəndlərdə və bütün yeni yaşayış massivlərində qazlaşdırma ilə bağlı layihləndirmə işləri görülür. Yaxın müddət ərzində layihələndirmə işləri qutaracaq, qazlaşmayan massivlərin qazlaşdırılmasına başlanılacaq. Qazlaşdırma əsasən Abşeron və Xəzər rayonlarında aparılacaq.
Yeni salınmış yaşayış massivlərindəki fərdi evlərə “Smartkart” tipli sayağacların neçə quraşdırılacağına gəlincə, “Azəriqaz” İB-nin Layihə-smeta və ekspertiza şöbəsinin rəisi Harun Vahabov bildirib ki, yeni yaşayış massiflərində küçə xətləri dövlət hesabına aparılır, sayğaclar da “Azəriqaz”ın hesabına quraşdırılır, mənzildaxili borular isə vətəndaşların öz hesabına çəkilir.
”Azəriqaz” İB-nin hesabına vətəndaşaların mənzilinə 4 kubluq “Smartkart” tipli sayğac quraşdırılır. H.Vahabov deyib ki, sərfiyyatı 4 kuba qədər olan sayğaclar “Azəriqaz” İB-nin öz hesabına pulsuz olaraq vətəndaşların mənzilində quraşdırılır.
4 kubdan yuxarı tutumlu sayğaclar vətəndaşların öz hesabına quraşdırılır.
Mail Ağaxanov