Modern.az

Azercell-in prezidenti Nigar Camal və Eldar Qasımovla görüşüb (FOTOLAR)

Azercell-in prezidenti Nigar Camal və Eldar Qasımovla görüşüb (FOTOLAR)

Ölkə

27 May 2011, 10:56



Mayın 26-da Azercell Telekom MMC-nin prezidenti Ali Ağan Azərbaycana qələbə gətirən sənətçilər – Nigar Camal və Eldar Qasımovla görüşüb.

Azercell şirkətinin əməkdaşlarının iştirakı ilə baş tutan görüşdə Ali Ağan şirkət adından gənc müğənniləri təbrik edib. Cənab Ali Ağan indi bütün Azərbaycanın bu istedadlı gəncləri ilə fəxr etdiyini bildirib: “Siz bu mötəbər müsabiqədə ölkəmizi ləyaqətlə təmsil edib hamımıza tarixi qələbəni yaşatdınız. Bu tək Azərbaycanın deyil, ümumilikdə bütün türk dünyasının qələbəsi idi.  Əminliklə deyə bilərik ki, “Eurovision” musiqi yarışmasındakı qalibiyyətimiz tək mədəniyyətdə deyil, bütün sahələrdə müşahidə olunan nailiyyətlərin göstəricisidir”.

Cənab Ali Ağan qeyd edib ki, bu hadisə beynəlxalq aləmdə Azərbaycanın daha yaxşı tanınmasına şərait yaradacaq. Azercell prezidenti “Eurovision” təmdilçilərinə gələcək yaradıcılıq uğurları arzulayıb.

Görüş zamanı Azercell tərəfindən Nigar Camal və Eldar Qasımova qiymətli hədiyyələr - BlackBerry telefonları və İpad 2 planşetləri təqdim edilib. Sənətçilər təbriklərə görə Azercell nümayəndələrinə təşəkkür edərək bundan sonra da hər yerdə Azərbaycanı layiqincə təmsil edəcəcklərini bildiriblər.





Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı