Modern.az

Nurçuları Türkmənistandan qovurlar

Nurçuları Türkmənistandan qovurlar

Ölkə

15 Avqust 2011, 16:57

Türkmənistanda 1990-cı illərin əvvəllərində açılmış türkmən-türk liseyləri bağlanmağa başlayıb. Bu barədə Türkmənistan mətbuatı məlumat yayıb. Məlumata görə, dövlət orqanları nurçuluq ideyaları yayan “Nurçular” hərəkatının bu liseylərə təsirindən narazdırlar. Mənbənin məlumatlarına görə, məktəb avqustun 1-dən bağlanıb. Hazırda isə paytaxt Aşqabadda belə yalnız bir məktəb qalıb (Atatürk adına 57 nömrəli məktəb). Məktəbə şagird yığımına da xitam verilib. Cari şagirdlərə gəlincə isə onlara məktəbi bitirməyə icazə verilir.

Türkmən-türk məktəbləri ölkədə ən yaxşı təhsil verən müəssisələr kimi bilinir. Məzunlar ingilis və rus dillərini yaxşı yiyələnirlər, bundan əlavə isə fizika, kimya, riyaziyyat üzrə də mükəmməl biliklərə sahib olurlar. 1990-ci ilin əvvəlində bu məktəblərdən minə yaxın şagird məzun olub.

“Nurçular” hərəkatı bu məktəblərdə böyük təsirə malikdirlər və bəzi məzunların Türkmənistanın icraçı vəzifələrinə keçməsinə kömək edirlər. Məzunlardan birinin sözlərinə görə, lisey ən sadiq və ideoloji hazırlanmış məzunlarını Türkmənistanın ən əsas nazirlik və idarələrində - Dövlət Miqrasiya Xidməti, Narkotiklərlə Mübarizə Xidməti, Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Daxili Işlər Nazirliyində məsul vəzifələrə rüşvətlə də olsa keçirdir.

Bir müddət əvvəl isə belə bir hadisə qonşu Özbəkistanda müşahidə olunmuşdu. Yuxarıda qeyd olunan səbəbdən bir neçə il əvvəl özbək-türk liseyi bağlanmışdı.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı