Modern.az

Rusiyanı qarışdıran azərbaycanlı yaxalanıb - FOTOLAR+VİDEO

Rusiyanı qarışdıran azərbaycanlı yaxalanıb - FOTOLAR+VİDEO

کشور

16 Oktyabr 2013, 01:47

Modern.az xəbər verir ki, Moskva sakini Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli sayılan azərbaycanlı Orxan Zeynalov Moskvadan təxminən 100 km cənub-şərq istiqamətində, Kolomna şəhərində saxlanılıb.
Rusiya DİN-in mətbuat xidmətinin məlumatına görə, Orxan Zeynalov xüsusi təyinatlı milis qüvvələri tərəfindən yaxalanıb.

Qeyd edək ki, oktyabrın 10-da Moskva sakini Yeqor Şerbakov qətlə yetirilib. Hadisədən sonra oktyabrın 13-dən etibarən Rusiya paytaxtında ciddi qarışıqlıq yaranıb. Belə ki, hadisəni bəhanə edən millətçi skinhedlər digər millətlərin nümayəndələrinə kütləvi hücumlar təşkil edib, onları döyməyə başlayıblar. Miqrantların çalışdığı və yaşadığı Biryolyovo bazarı və ətrafında polislərlə qarşıdurmalar yaşanıb.
Qatilin tapılmasını tələb edən rus millətçilər Biryolyovo və Pokrov bazarlarında çalışan Qafqaz və Mərkəzi Asiyadan olan miqrantları ölümcül döyüblər. Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri yeridilib. Bu iğtişaşlar nəticəsində xeyli sayda miqrant yaralanıb.

Yeqor Şerbakovun qətlində şübhəli bilinən Orxan Zeynalov ilkin dindirmə zamanı qətli törətdiyini etiraf edib.

İstintaq materiallarına görə,  oktyabrın 10-da Moskvanın Biryolyovo rayonunda 25 yaşlı Yeqor Şerbakov öz sevdiyi qızla evə qayıdırmış, bu zaman bir əcnəbi şəxs əvvəlcə qıza sataşıb, Yeqor qızı müdafiə edəndə isə həmin adam ona bir neçə bıçaq zərbəsi endirib. Şerbakov təcili yardım gələnə kimi keçinib.

Rusiyanın "Live News" saytı 1982-ci il təvəllüdlü əslən Şəmkir rayonundan olan Orxan Zahid oğlu Zeynalovun həbs olunma və xüsusi təyinatlı qüvvələr tərəfindən döyülməsini özündə əks etdirən video yayıb. Orxan Zeynalov həmçinin Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsevin hüzuruna əllləri qandallı gətirilib.

****
"Azadlıq" radiosu oktyabrın 15-də Şəmkirin Seyfəli kəndində,  Moskvada qətl törətməkdə şübhəli bilinən Orxan Zahidovun  valideyinlərindən müsahibə götürüb. Valideyinləri onun belə bir iş tutmasına inanmadıqlarını deyiblər. Onların sözlərinə görə Orxanın özü də onlarla telefon əlaqəsi saxlayıb və bu işdə əli olmadığını bildirib.

Orxanın atası Zahid Zeynalov:

“İnana bilmirəm, orda ticarətlə məşğul idi. 4 ildən çoxdur ki, Moskvadadır. Bu hadisəni eşidəndə çox kədərləndim, dedim ki, mənim oğlum belə bir iş görə bilməz. Bircə onu düşünürəm ki, immiqrantlara görə, bu proses əvvəlcədən planlaşdırılıb ki, azərbaycanlılar, Müstəqil Dövlətlər Birliyinin vətəndaşları Rusiyaya viza ilə getməlidirlər. Bəlkə də bu, siyasi bir hadisədir, bəlkə bu hadisəni planlı şəkildə törədiblər? Mən başqa heç nə deyə bilmərəm. İndicə eşitdim, kanalın biri dedi ki, odur, biri isə dedi ki, təkzib edirlər, o deyil. Mənim narazılığım odur ki, dövlət səviyyəsində bu hadisəni dəqiqləşdirsinlər ki, həqiqətən bu hadisəni kim törədib, onu cəzalandırsınlar".

Orxanın anası Yasəmən Zeynalova:

“Həmişə danışırıq, bazarda alver edir. Həmişə deyirdi ki, hər şey yaxşıdır, işlər qaydasındadır, Nə deyim. Hamı kimi yoldaşları ilə birgə pul dalınca gedib. 5-3 manat pul qazanmağa getmişdi. Burda iş yoxdu, oxumayıb, elə bir işi yox idi.
Allah bütün balaların pənahında dursun. Əsəb içindəyəm, onluq heç nə yoxdur, sadəcə şübhələnirlər, elə indicə zəng eləyib ki, mənlik heç nə yoxdur. Mal dalınca gedibmiş, saata baxmadım təxminən 2-3-də zəng eləmişdi. Dedi ki sağ-salamatçılıqdı, deyilənləri mən də eşidirəm, ora gedəcəm ki, kimin kim olduğunu bilsinlər”.



 



A.Qorxmaz
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı