
Modern.az xəbər verir ki, Mili Məclisin komitə iclasında çıxış edən deputat Zahid Oruc müəllimlərin əməkhaqqı məsələsinə toxunub. “Müəllimlərin əməkhaqqısının bir neçə dəfə artması üçün müəllimlərin ixtisarına ehtiyac var. Avropa ölkələri ilə müqayisədə Azərbaycanda 8 şagirdə 1 müəllim düşür. Yəni 179 min müəllim var ki, bu da yüksək göstəricidir. Bu gün müəllimlərin aylıq əməkhaqqısı 189 manat təşkil edir. Onların sayının çox olması əmək haqlarının artmasına mane olur”, – deyə deputat qeyd edib.
”Attestasiya variantını da burada vurğulamaq istəyirəm. Yəni attestasiya yolu ilə beynəlxalq standartlarla uyğun şəkildə müəllimlərin sayını azalda, digər tərəfdən, onların əmək haqlarını minimum 500 manata qaldıra bilərik”.
Z. Oruc müəllimlərə dövlət qulluqçusu statusunun verilməsinin tərəfdarı olduğunu bildirib. “Necə olur ki, dövlət qulluqçularını yetişdirən insan –müəllim dövlət qulluqçusu olmur!?”.
Aytən Əliyeva