Modern.az

"Bəhrə" də əhalini aldadırmış

"Bəhrə" də əhalini aldadırmış

Ölkə

9 İyun 2010, 17:16

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən etiketlərində saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərilməsi ilə əlaqədar Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi 1, ev 35 ünvanında yerləşən “Unikal” yeyinti məhsullarının istehsalı müəssisəsində istehsal edilmiş “Bəhrə” əmtəə nişanlı keks və biskvitlərin satışının dayandırılması barədə müəssisənin sahibi Hikmət Hüseynova icrası məcburi göstəriş verilib.

Nazirlikdən verilən məlumata görə, artıq saxlama müddəti ötmüş 7,6 ton keks və biskvit qanunvericilikdə müəyyənləşdirilmiş qaydada məhv edilib.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bu istiqamətdə nəzarət tədbirlərini davam etdirir.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı