Modern.az

“Qarabağ probleminin daha fəal siyasi həlli lazımdır”- Lavrov

“Qarabağ probleminin daha fəal siyasi həlli lazımdır”- Lavrov

Təhsil

6 Aprel 2016, 22:54

 

Bakıya səfərə gələn Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan prezident ilə görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bundan sonra atıla biləcək addımlardan danışıb. Modern.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, Lavrov qeyd edib ki, Rusiya Dağlıq Qarabağda atəşkəs razılaşmasının bundan sonra pozulmaması üçün çalışacaq.

O, qeyd edib ki, yaxınlarda regiona gələcək ATƏT-in Minsk qrupu müşahidəçilərinin fəaliyyətini tam dəstəkləyir.

Prezdent İlham Əliyev isə qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında indi münasibətlərin, xüsusilə siyasi və energetika sahəsində  inkişaf etməsindən məmnundur.

Lavrov Qarabağ münaqişəsinin daha fəal siyasi dialoqla həllinə ehtiyac olduğunu da bildirib.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı