Modern.az

"İsrail Azərbaycana silah satışını davam etdirəcək"

"İsrail Azərbaycana silah satışını davam etdirəcək"

Образование

12 Aprel 2016, 09:27

"İsrailin Azərbaycanla məxsusi münasibətləri var və bunlar ilk növbədə həm İsrailə, həm də Azərbaycana tuşlanmış təhlükələrlə əlaqədardır". Bunu virtualaz.org-a müsahibəsində İsrailin "Nativ" xüsusi xidmətinin keçmiş rəhbəri Yakov Kedmi deyib.

Onun sözlərinə görə, İsrailin Azərbaycana satdığı silah növləri Azərbaycanın regional təhlükələrdən müdafiəsi məqsədini güdür.

"Əgər İsrail bu növ silahları Azərbaycana satmasa, Azərbaycan onları Avropanın, Asiyanın və Amerikanın digər ölkələrindən alacaq. Azərbaycanla Ermənistan arasındakı münaqişə problemi bu və ya digər ölkənin silahlarından qaynaqlanmır.

Düşünürəm ki, İsrail Azərbaycana, əvvəllər olduğu kimi, silah satmaqda davam edəcək", - o belə deyib.  

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı