Modern.az

Somaliyə yardım məsələsi nə yerdə qaldı..?

Somaliyə yardım məsələsi nə yerdə qaldı..?

تحصیلات

13 Sentyabr 2011, 17:49

Bir müddət əvvəl sabiq millət vəkili Nazim Məmmədov Ramazan bayramında toplanan fitrələrin yığılıb Somalidəki ac insanlara gödərilməsi ilə bağlı təklif irəli sürmüşdü. Hətta o, bu məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxislam hacı Allahşükür Paşazadəyə də müraciət ünvanlamışdı.

Modern.az-ın əməkdaşı məsələnin nə yerdə olduğunu Nazim Məmmədovdan öyrənməyə çalışıb.

Sabiq deputat bildirib ki, bununla bağlı bank hesab nömrəsini sabah mətbuata açıqlayacaq.

N.Məmmədov hesab edir ki, təkcə bayram ərəfəsində, bayramlar vaxtı yox, daimi olaraq gündəlik həyatımızda dünyada gedən proseslərə reaksiya verməliyik:
“Güman edirəm ki, bizim bu təşəbbüsümüz dəstəklənəcək və vətandaşlar olaraq biz nəyəsə nail olub hər hansı bir maliyyə resursunu tapıb, Somaliyə yardımı həyata keçirə biləcəyik”.

Aytən ƏLİYEVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı