Modern.az

Avronestin üzvü Avropa Parlamentini siyasi korrupsiyada ittiham etdi

Avronestin üzvü Avropa Parlamentini siyasi korrupsiyada ittiham etdi

تحصیلات

29 May 2012, 14:32

Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Əlİ Hüseynli Avropa Parlamentini siyasi korrupsiyada ittiham edib. Deputat qeyd edib ki, Azərbaycanın iştirakı olmadan belə qətnamə qəbul etmək qanunuyğun deyil.

“Azərbaycan Avronestin üzvü olduğu halda, beynəlxalq təşkilatlarla əməkdaşlıq etdiyi təqdirdə ölkəmizlə bağlı hər hansı  qərar qəbul edirlərsə, həmin iclasda azərbaycanlı deputatlar iştirak etmirlərsə bu sırf siyasi korrupsiyadır.

Avronest yaranarkən biz bu təşkilata könüllü şəkildə üzv olduq və düşünürdük ki, bu cür qeyri-obyektiv məsələlərin qarşısı alınacaq. Biz yenidən düşünməli və Avronestlə münasibətlərə yenidən baxmalıyıq”-deyə Ə.Hüseynli bildirib.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı