Azərbaycan Ordusunun axtarışda olan polkovniki İsa Sadıqov jurnalist Xədicə İsmayılın müdafiəsinə qalxıb. Modern.az-ın məlumatına görə, polkovnik Azərbaycanda xanım jurnalistin aşağılanaraq küçə süpürməsinə etiraz edib, bu barədə yaşadığı ölkənin - Norveçin mətbu orqanlarına məlumat verəcəyini deyib:
“Xədicə xanım biz sizinləyik. Bu ədalətsizliyi bütün dünya görsün. Bu əməllərinə görə cavab verəcəklər. Norveçin mətbu orqanları da bunu işıqlandıracaq. Ar olsun bu insanlara!”.
Anar RÜSTƏMOV