Modern.az

Cəmil Həsənli və Eldar Namazov Londonda görüşlərə başladı – FOTOLAR

Cəmil Həsənli və Eldar Namazov  Londonda görüşlərə başladı – FOTOLAR

تحصیلات

12 Sentyabr 2013, 14:15

Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli və İcra Aparatının rəhbəri Eldar Namazov Londonda görüşlərə başlayıb. Modern.az xəbər verir ki, ötən gün Londona yola düşən Milli Şura rəhbərliyi Britaniya QHT-lərinin nümayəndələri ilə görüşüb. Görüşdə ölkəmizdə keçiriləcək prezident seçkiləri və siyasi vəziyyətlə bağlı müzakirələr aparıblar.

Qeyd edək ki, Milli Şuranın London səfərinə bu gün Rüstəm İbrahimbəyov da qoşulacaq. Səfər çərçivəsində Britaniya Xarici İşlər Nazirliyində, Beynəlxalq İşlər üzrə Kral İnstitutunda görüşlərin keçirilməsi gözlənilir.

 

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı