Modern.az

Kəmaləddin Heydərov Xırdalanda şikayətçiləri qəbul edəcək

Kəmaləddin Heydərov Xırdalanda şikayətçiləri qəbul edəcək

تحصیلات

23 Oktyabr 2013, 17:53

Fövqəladə hallar naziri Xırdalanda vətəndaşları qəbul edəcək. Modern.az xəbər verir ki, general-polkovnik Kəmaləddin Heydərov tərəfindən oktyabrın 25-də saat 11:00-da baş tutacaq qəbulda Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq. 
Qəbula gələn vətəndaşların qeydiyyatı Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Abşeron rayonu Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında (ünvan: Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə) 24 oktyabr 2013-cü il tarixində saat 09:00-dan başlayacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər. 

 

Gültəkin ƏLƏSGƏR
 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı