Modern.az

Xocalı parkı... anım, yoxsa sevgililərin görüş yeri?

Xocalı parkı... anım, yoxsa sevgililərin görüş yeri?

تحصیلات

29 Noyabr 2013, 11:54

 

Dünən işdən çıxarkən yolumu Xocalı faciəsi qurbanları şərəfinə salınan parkdan saldım. Soyuq Bakı küləyi əsir. Abidə soyqırım günündəki  qurbanlar kimi yalnız və kimsəsiz görünür. Parkda 2 nəfərdən başqa gözə dəyən yox idi. Onlar abidəni ziyarətə gələnlərə yox, kimisə gözləyənlərə oxşayırdılar. Qaranlıq və soyuğun vəhdəti abidənin fonunda dəhşətli bir qorxu yaratdı məndə. Bir anlıq televiziyada Çingizin lentə aldığı kadrlar gəldi gözümün qarşısına. Təsəvvür edilməsi belə qorxunc olan bir günün qurbanlarının xatirəsi önündə acizlikdən nə edəcəyimi bilmədim. Kənarda olan iki adam isə çox böyük maraq və diqqətlə məni seyr edirdi. Ana abidəsinin fotosunu çəkməyim onlarda maraq doğurdu nədənsə. Yəqin ki, hər hansı xarici müğənninin fotosunu çəksəydim normal qarşılanardı....

 Parkın içərisinə doğru irəlilədikcə oturacaqlardan birində iki sevgili dəydi gözümə. Məkanı yanlış  seçdiklərini demək istədim, amma, təəssüf ki, deyə bilmədim. Çəkindiyimdən deyil, onlara nəyisə izah etməyin çətin olacağından heç nə demədim. Görüşməsinlər demirəm, əsla! Amma bura sevgililərin görüş yeridirmi?! Təsəvvür edin, görüş təyin edərkən tərəflərdən biri digərinə deyib: “Harada görüşək? Cavab gəlir: “Xocalı parkında!”

Azərbaycanın milli faciəsinə çevrilən bir günün xatirəsinə olan hörmət budurmu gəncliyimizdə?!

 

 

 

  Gülşən Raufqızı  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı