Modern.az

AMEA-nın vitse-prezidenti: “Sərdar Cəlaloğlu özü müraciət edərsə, onun kəşfinə baxıla bilər”

AMEA-nın vitse-prezidenti: “Sərdar Cəlaloğlu özü müraciət edərsə, onun kəşfinə baxıla bilər”

Образование

14 Yanvar 2014, 13:16

“Elmlər Akademiyasına Sərdar Cəlaloğlunun özü müraciət edərsə məsələyə o zaman baxıla bilər”. Bunu Modern.az-a açıqlamasında Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli deyib.

Vitse-prezident həmçinin “bu barədə geniş danışa bilmərəm. Öncə həmin elmin materiallarına akademiyanın filososfları baxmalıdır. Ondan sonra yeni elm yaratdığını iddia edən müəllifin məsələsi akademiya səviyyəsində müzakirə oluna bilər” deyə vurğulayıb.

Qeyd edək ki, ADP sədri Sərdar Cəlaloğlu “Condisiologiya” adlı elmin əsasını qoyduğunu deyir. Elmin əsas özəlliyi elmlə dini barışdırmaqdır.

Namidə BİNGÖL

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı