Modern.az

Zahid Oruc: “Metro keçidlərində kitab, qəzet satışı bərpa olunmalıdır”

Zahid Oruc: “Metro keçidlərində kitab, qəzet satışı bərpa olunmalıdır”

Eğitim

21 Fevral 2014, 10:36

“Azərbaycanda metropoliten sistemi kifayət qədər müasir səviyyədə qurulub. Artıq bir infrastruktur kimi, metro nəqliyyat sistemində özünəməxsus yer tutub. İnsanların kütləvi olaraq bu nəqliyyat növündən istifadəsi faktdır. Statistika da onu göstərir ki, insanlar təhlükəsiz nəqliyyat növü və həm də ucuz daşıma vasitəsi kimi metroya üstünlük verirlər”.

Bunu Modern.aza millət vəkili Zahid Oruc metro keçidlərində kitab satışının qadağan edilməsi, digər məhsulların  isə satışının davam etməsinə münasibət bildirərərkən deyib:

“Metro stansiyalarının keçidlərində ticarət köşklərinin qalmasına gəldikdə, burada fərqli mənzərə var. Şəxsən özüm buna bir çox xarici ölkələrdə də rast gəlmişəm. Məsələn, Fransada var, amma Britaniya, Birləşmiş Ərəb Əmirliklərində yoxdur. Köşklərin daha müasir olmasını isə orada satışı həyata keçirən sahibkarlar təmin etməlidir. Düşünürəm ki, bizdə müxtəlif binalarda, ticarət yerlərində kitabxanalar arxa planda qalır. Yəni, kitablar yuxarı mərtəbədə satılır, yeməkxanalar isə birinci mərtəbədə yerləşir. Məncə, tam əksinə olmalıdır. İnsanlar mədələrinə görə yuxarı qalxacaqlar. Beyin qidalarını qəbul etmək üçün isə tənbəllik edəcəklər”.  

Millət vəkilinin fikrincə, insanların mənəvi dünyasının zənginliyində də maraqlı olmalıyıq: “Metro keçidlərində kitab, qəzet satışının qadağan olunmasını məqbul saymıram. Çox istərdim ki, yenidən bərpa olunsun. Düşünürəm ki, ticarət köşklərinin təşkili normaldır. Bildiyim qədəriylə metropoliten rəhbərliyinin də bu məsələlərə keçmişdə çox müsbət yanaşması olub. Son anda bu məsələ ilə bağlı nə baş verdiyi mənə bəlli deyil”.    

Gülşən Raufqızı
   
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı