
ATƏT-in hərbi müşahidəçiləri Krım Muxtar Respublikasının ərazisinə buraxılmayıb. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, bu haqda Litvanın xarici işlər naziri Linas Linkyaviçyus məlumat verib: “Onları ora buraxmayıblar. Bildiyimə görə, buraxmayacaqlar da”.
Bununla belə, nazir Krım rəhbərliyi ilə danışıqlardan sonra müşahidəçilərin muxtar respublika ərazisinə buraxılmasına razılıq veriləcəyini bildirib”.
Krıma ATƏT üzvü olan ölkələrin hərbi müşahidəçilərinin göndərilməsini Ukrayna hakimiyyəti xahiş etmişdi.
Modern.az