Krım qanunsuz keçirilən referendum nəticəsində Rusiyanın tərkibinə daxil olarsa, bu zaman Gürcüstan NATO-ya üzvlüklə bağlı fəaliyyət planı ala bilər. Modern.az saytı bildirir ki, bu haqda “Kommersant” qəzeti NATO-nun mənzil-qərargahındakı və ABŞ Dövlət Departamentindəki mənbələrə istinadən məlumat verib. Nəşrin yazdığına görə, bu halda Gürcüstana həmin plan NATO-nun sentyabr ayında Böyük Britaniyada keçiriləcək sammitində verilə bilər.
Xatırladaq ki, NATO-nun baş katibi Andres Foq Rasmussen deyib ki, Rusiya ordusunun Ukraynaya girməsi vahid və təhlükəsiz Avropanın hələ qurulmamasının göstəricisidir.
Modern.az