Modern.az

Rusiyadan Maydanla bağlı ilginc iddia

Rusiyadan Maydanla bağlı ilginc iddia

Eğitim

14 Mart 2014, 02:38

Kiyevdəki fevral iğtişaşları zamanı aksiya iştirakçılarına və asayiş keşikçilərinə atəş Maydan komendantının otağından açılıb. Musavat.com-un İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu iddia ilə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin çıxış edib. Onun sözlərinə görə, adamları gülləbaran etdirən şəxs indi Ukrayna Təhlükəsizlik Şurasının rəhbəridir.

Vitali Çurkin deyib ki, nümayişçilərə və milis əməkdaşları atəşi eyni təxribatçılar açılar. 

Qeyd edək ki, Maydanın komendantı Andrey Parubiy olub. O, fevralın 27-də Ukraynanın Milli təhlükəsizlik və müdafiə Şurasının katibi təyin edilib.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı