Modern.az

Krım tatarları sürgün olunacaqlarından narahatdırlar

Krım tatarları sürgün olunacaqlarından narahatdırlar

تحصیلات

17 Mart 2014, 22:41

Modern.az saytının  verdiyi xəbərə görə, Krım Tatar Milli Məclisinin sədri Refat Çubarov, bölgənin Rusların nəzarətinə keçməsi təqdirdə krım türklərinin sürgün edilmə təhlükəsi olduğunu söyləyib.

R. Çubarov bildirib ki, "referendum Ukrayna qanunlarına ziddir və seçkilər Krımda mövcud olan rus əsgərlərinin nəzarəti altında həyata keçirilib".

 Krımın Rusiyaya qatılmasına görə narahatlığını bildirən Çubarov, "Hər hansı bir etnik qarşıdurmanın qarşısını almağa çalışdıqlarını" da söylədi.

Krım Tatarları, SSRİ-nin lideri Stalin tərəfindən almanlara dəstək verdikləri bəhanəsiylə 1944-cü ildə Orta Asiyaya sürgün edilmişdilər. Bu sürgün zamanı Tatar əhalisinin böyük bir qismi dünyasını dəyişmişdir. Ölkələrinə yenidən 1989-cu ildən sonra dönməyə başlayan Krım Tatarları, bölgə əhalisinin təxminən 13 fazini təşkil edir. 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı