Modern.az xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfiri Alpər Coşkun Azərbaycan Xalqını Novruz bayramı münasibətilə təbrik edib.
Səfir təbrikində baharın xalqımıza və Türk Dünyasına hüzur, barış və bərəkət gətirməsini arzu edib: “Baharın gəlişi ve səmanın yenidən oyanmasını xəbər verən, eyni zamanda bolluq və bərəkətin rəmzi olan Novruz sizlərə sevinc gətirsin. Azərbaycan xalqının Novruz Bayramını bütün qəlbimlə təbrik edir, bu gözəl bayramın qardaş ölkəyə xoş günlər gətirməsini diləyirəm”.
Modern.az