Modern.az

Ukraynaya vergi verən Krım şirkətləri cəzalandırılacaq

Ukraynaya vergi verən Krım şirkətləri cəzalandırılacaq

Təhsil

3 Aprel 2014, 02:58

Modern.az saytı xəbər verir ki, Krımın Baş naziri Sergey Aksyonov bələdiyyə başçıları və şəhər rəsmiləri ilə keçirdiyi yığıncaqda Krımda fəaliyyət göstərən şirkətlərin Kiyevə vergi ödəmələrinin dayandırılmasını tələb edib.

Aksyonov yığıncaqda bəzi şirkətlərin hələ də Ukraynaya vergi ödəməyə davam etdikləriylə bağlı məlumat aldıqlarını qeyd edərək "bu şirkətlərin bütün ödənişləri dərhal durdurulsun" tapşırığını verib.

Aksyonov  köməkçilərinə təlimat verərək bir gün içində belə şirkətlərin siyahısının hazırlanaraq "problemin həll edilməsini ya da həmin şirkətlərin ölkədən çıxıb getməsini" tələb edib.

Aksyonov büdcəyə ödəmələr əvəzinə vergiləri Kiyevə göndərən şirkətlər haqqında cinayət işinin açılmasını da tələb edib.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı