Modern.az

Türkiyədə Gülən camaatına qarşı əməliyyatlar başlandı

Türkiyədə Gülən camaatına qarşı əməliyyatlar başlandı

Təhsil

8 Aprel 2014, 13:55


Türkiyədə hüquq mühafizə orqanları Fətulla Gülən camaatına məxsus şəxslərə qarşı əməliyyata başlayıb. Modern.az Türkiyə-KİV-nə istinadən xəbər verir ki, Adanada əməliyyat çərçivəsində qanunsuz dinləmə həyata keçirdiyi iddia edilən səkkiz polis əməkdaşı saxlanılıb. Saxlanılan şəxslər artıq polis idarəsinə aparılıb.  

 Qeyd edək ki, Türkiyədə ötən ilin dekabr ayının 17-də başlanmış böyük rüşvət və korrupsiya əməliyyatlarından sonra Gülən camaatı ilə baş nazir Rəcəb Tayyib Ərdoğan arasında qalmaqal pik həddə çatdı. İddialara görə həmin əməliyyatları Gülənin nurçu camaatına aid olan güc strukturklarının əməkdaşları həyata keçirib.

30 martda keçirilən bələdiyyə seçkilərindən sonra qələbə çıxışı edən baş nazir Ərdoğan isə nurçu camaatın axırına çıxacağı mesajını verdi.  

Modern.az  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı