Modern.az

Məşhur oliqarx Kiyevdə konfrans keçirir

Məşhur oliqarx Kiyevdə konfrans keçirir

Təhsil

25 Aprel 2014, 14:16


“YUKOS” şirkətinin keçmiş rəhbəri Mixail Xodorkovskinin təşkilatçıllğı ilə Kiyevdə “Ukrayna – Rusiya: dialoqu”  konfransı keçirilir.  
Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki,  konfransın əsas məqsədi Rusiya və Ukrayna ziyalılarının həmrəyliyinin simvolik aksiyasını keçirmək, qarşıdurmanı müşayiət edən informasiya müharibəsinə mane olmaq, həmçinin böhrandan çıxış üçün “yol xəritəsi”ni hazırlamaqdır. Konfransda iqtisadçı Aleksey Kudrin, yazıçılardan Lyudmila Uliskaya, Dmitri Bıkov, Viktor Şenderoviç, televiziya aparıcılarından Mixail Şas və Tatyana Lazarev, vəkil Svetlana Qannuşkina və  başqaları iştirak ediblər.

  Ayşən Mönsümlü  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı