Nyu-Yorkda İranın nüvə proqramı üzrə müzakirələr başlanır. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu gün Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının daimi üzv dövlətlərindən olan ekspertlər, həmçinin Almaniyanın Tehranın nüvə proqramı üzrə mütəxəssisləri ilə konsultasiyalar həftəsi başlanır. Məlumata görə 20 iyula qədər, İranla nüvə sferasında uzunmüddətli razılaşma hazırlanmalıdır. Ekspertlər səviyyəsində İran üzrə konsultasiyalar, Venyada 13 mayda planlaşdırılan nazir görüşü ərəfəsində keçirilir.
Gözlənildiyi kimi, atom enerjisi üzrə Beynəlxalq agentliyin mütəxəssisləri bu gün və sabah uran konsentratının istehsalı üzrə zavoda və əyalətdə Yezd uran mədəninə baxacaqlar.
Qeyd edək ki, qərb ölkələri İranı nüvə silahı yaratmaq cəhdlərində ittiham edirlər. Rəsmi Tehran isə bunu inkar edərək, öz hazırlamalarının sülh xarakterli olduğunu bildirir.
Ayşən Mönsümlü