Modern.az

Jurnalistlər Bakıda piket keçirdilər - FOTOLAR

Jurnalistlər Bakıda piket keçirdilər - FOTOLAR

تحصیلات

5 May 2014, 14:04

Mayın 5-də "Azadlıq" qəzetinin kollektivi "Qasid" yayım firmasının qarşısında növbəti dəfə piket keçirib. Piketə səbəb yenə də "Qasid"in qəzetə olan borcunu ödəməməsidir. Qəzet əməkdaşları firmadan redaksiyaya borclu olduğu 68 min manatdan artıq pulu ödəməyi tələb ediblər.

"Qasid"in rəhbəri Mirkazım Kazımov kollektivin qarşısına çıxıb və bildirib ki, borclu olduqlarını danmırlar, lakin onu əsaslı şəkildə qaytarmağa imkanları çatmır. Çünki firmanın özü də zərərdədir. Qəzet əməkdaşları isə redaksiyanın maliyyə böhranı yaşadığını, əmək haqqı ala bilmədiklərini, "Qasid"in vədlərlə keçinməsinin çıxış yolu olmadığını deyiblər. Mirkazım Kazımov qəzetə hər həftə müəyyən qədər vəsait ödəməyə çalışdıqlarını qeyd edib. Amma borcu nə zaman bağlaya biləcəkləri haqda heç nə deməyib.






Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı