Modern.az

Ukraynada vəziyyət gərginləşib

Ukraynada vəziyyət gərginləşib

Təhsil

7 May 2014, 00:07

Ukraynanın Kramatorsk şəhərində vəziyyət gərginləşib.

Modern.az xəbər verir ki, bu barədə məlumat Ukrayna Müdafiə Nazirliyinin “Facebook” səhifəsində yer alıb. Belə ki, şəhərin mərkəzində separatçılar kanalizasiya sisteminə məlum olmayan maddələr qoymağa başlayıb. Hərbçilər kanalizasiya sisteminin minalandığını ehtimalını irəli sürüblər. Buna səbəb mayın 5-də Kramatorskda 25 ton partlayıcı maddənin oğurlanmasıdır. Artıq Ukraynanın hüquq-mühafizə orqanları Kramatorskdan başqa iki şəhərin minalanmış küçələrinin sxemini tərtib edib və ərazilərdə axtarış aparmağa başlayıb. Eyni zamanda Mariupolun mərkəzi küçələrində silah səsləri eşidilib.

Hadisə şahidlərinin bildirdiyinə görə, küçədə bir qrup şəxs yoldan keçən avtomobillərə silahdan atəş açıb. Nəticədə bir neçə şəhərdaxili nəqliyyat avtobusları yararsız hala düşüb. Həmçinin hərbi bazada silah səsləri səngimək bilmir.

 

Günəş Fərhadlı

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı