Modern.az

OPTEK şirkətinin nümayəndələri BDU-da - FOTO

OPTEK şirkətinin nümayəndələri BDU-da - FOTO

تحصیلات

7 May 2014, 14:48

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov  OPTEK şirkətinin Rusiya və MDB üzrə baş menenceri Maksim İqelniki və OPTEK-in Azərbaycan nümayəndəliyinin direktotu Nataliya Həmzəyevanı qəbul edib.

BDU-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, qonaqlara universitet haqqında məlumat verən rektor OPTEK-in 2012-ci ildə təşəbbüsü ilə Almaniyanın Carl Zeis şirkətinin istehsal etdiyi optik mikroskopların BDU-ya hədiyyə etdiyini və bu cihazların təhsilin keyfiyyətinin yaxşılaşmasında müstəsna rolu barədə məlumat verib. Maksim İqelnik Bakı Dövlət Universitetinin elmi-tədqiqat laboratoriyalarının müasir avadalıqlarla təchiz olunduğundan razı qaldığını bildirib, elmi-tədqiqat işlərinin səviyyəsinin yüksək olıduğunuqeyd edib. OPTEK ilə BDU arasındakı gələcək əməkdaşlıqdan danışan qonaq universitetdə gənc tədqiqatçılara diqqət yetirilməsini dəyərləndirib və BDU-nun gənc alimlərinin OPTEK-in gənc alimlər üçün ayırdığı qrant müsabiqələrində iştirak etməsini tövsiyyə edib. Rektor Abel Məhərrəmov bildirib ki, bizim məqsədimiz gənc alimlər üçün rahat iş şəraiti yaratmaq, onları ən müasir avadanlıqla təchiz etməkdir. Çünki Azərbaycanda elmin gələcəyini müəyyən edən impulsu onlar məhz BDU-da alırlar. Buna görə də, yüksək texnologiya istiqamətində dünya liderləri ilə əməkdaşlıq əsas strateji xəttdir. Rektor BDU-ya yaxın zamanlarda alınacaq  bir sıra yeni cihaz və avadanlıqlar istəqamətində atılan addımlarda OPTEK-in roluna yüksək qiymət verib, qrant layihələri və universitet büdcəsi hesabına cihazların alınması barədə fikirlərini bildirib.

Görüşdə Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov, Biologiya fakültəsinin dekanı, professor Akif Quliyev, Kimya fakültəsinin dekanı, professor Abdulsəyid Əzizov da iştirak ediblər.

 

  Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı