Modern.az

Azay Quliyev: “Əfv Komissiyasının üzvləri açıqlama verə bilməz”

Azay Quliyev: “Əfv Komissiyasının üzvləri açıqlama verə bilməz”

تحصیلات

19 May 2014, 11:56


“Mən əfv komissiyasının üzvü kimi heç vaxt açıqlama verməmişəm, indi də vermirəm. Amma onu deyə bilərəm ki, komissiya həmişə olduğu kimi, indi də öz işini davam etdirir. Bütün daxil olan müraciətlərə baxıb araşdırır”.
Bunu Modern.az-a Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, deputat Azay Quliyev bildirib. O, qeyd edib ki, əfvlə bağlı sərəncam ölkə başçısının səlahiyyətləri daxilindədir.

Hüquq müdafiəçiləri növbəti əfvlə bağlı son günlər müntəzəm açıqlamalar versə də, Komissiya üzvləri rəsmi şəxs olduqlarından əsasnaməni pozaraq bəyanat verə bilməzlər.

A. Quliyev bildirib ki, artıq uzun illərdir ki, əfv ənənəsi formalaşıb. “Ölkə başçısının məqsədi insanlara yenidən şans vermək, onları ailələrinə qovuşdurmaqdır. Əfv bu adamları yenidən normal həyata qaytarmaq şansı deməkdir”.

Gültəkin ƏLƏSGƏR

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı