Modern.az

Ac qalan millətin göyə sovrulan pulları...

Ac qalan millətin göyə sovrulan pulları...

Education

6 Sentyabr 2014, 21:34


Səfalət içində yaşayan Ermənistan vətəndaşlarını bu dəfə ölkə başçısı Serj Sərkisyandan narazı salan yerli mətbuatda prezidentin xərcləri ilə bağlı məqalə olub. Belə ki, yerli kütləvi informasiya vasitələrinin birində Ermənistan prezidentinin təyyarəsinə dövlət büdcəsindən ayrılan vəsaitin məbləği açıqlanıb. Açıqlamalara görə bu vəsait dövlət büdcəsinə çox baha başa gəlir.

Modern.az saytının məlumatına görə, ilin əvvəlində prezidentin təyyarəsinin istismarı və texniki xidməti üçün dövlət büdcəsindən “Eyr Armeniya” şirkətinə 100 milyon dram, aprel ayında daha iki dəfə eyni məbləğ və iyulun 30-da yenidən 100 milyon dram vəsait köçürülüb. Bu məbləğ ümumilikdə 1 milyon ABŞ dollarına bərabərdir. Yazıda qeyd olunur ki, bu, ilin yeddi ayında xərclənmiş vəsaitdir, nəzərə alsaq ki, ilin sonuna hələ beş ay qalır, bu müddət ərzində də eyni məbləğin xərclənəcəyi gözlənilir.

Düzdür, xərclənən vəsaitlərə görə Serj Sərkisyanın uçuşlarında heç bir problem yaranmayıb, onun uçuşlarında tam rahatlıq və komfort təmin olunub, yəni uçuşlar uğurlu keçib. Ancaq gec də olsa ayılmış erməniləri heç də bu uçuşların uğurlu və ya uğursuz olması düşündürmür. Erməniləri daha çox ciddi şəkildə narahat edən bu uçuş vasitəsi ilə baş tutan görüşlərin uğursuz olmasıdır.

Ermənistan cəmiyyəti ac qalan millətin pullarının göylərə sovrulmasını qəbul edə bilmir. Təbii ki, ac qalan millətin tox prezidenti olmaq prinsipini qəbul etməyən qonşularımız daha sərt tədbirlərə əl atacaqlar.

Bəs Serj Sərkisyan nə düşünür?

Sonuncu qəpikləri də göyə sovurub aradan çıxmağımı? Yenə də uçuşlara böyük məbləğlər sərf edib, saatlarla dövlət başçılarının görüşünü gözləyib və bu görüşlərin alınmadığı təqdirdə həmin ölkələrin erməni alverçiləri ilə söhbətləşib geri qayıdarkən vətəndaşlarını aldatmağımı? Yaxud, aldığı siyasi zərbələrlə üzüqara geri qayıdıb özünə haqq qazandırmağımı? Əgər belə düşünürsə vay bu prezidentin halına. Türklər demişkən, yazıqlar olsun sizə Serjik...

İlham Cəmiloğlu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı