Modern.az

Türkiyədə ölənlərin sayı 22-yə yüksəldi

Türkiyədə ölənlərin sayı 22-yə yüksəldi

Təhsil

9 Oktyabr 2014, 00:20


Türkiyədə Suriya kürdlərinə dəstək məqsədi ilə yaşanan qarşıdurmalarda ölənlərin sayı artır. Modern.az saytı “Hürriyet”-ə istinadən xəbər verir ki, kürdlərin İŞİD-ə qarşı keçirdiyi nümayişlərdə ölənlərin sayı 22-yə yüksəlib.

Küçəyə çıxmaq qadağası tətbiq edilən Mardində 2 nəfərin silahla vurulmuş cəsədi tapılıb.  Diyarbakırda 10, Mardində 6, Siirtdə 3, Vanda 1 və Batmanda 1 nəfər iğtişaşlar zamanı ölüb. Məlumata görə Muş vilayətində də bir nəfər də həlak olub.  

Qeyd edək ki, Türkiyədəki  kürd fəallar Suriyada Kobani şəhəri uğrunda İŞİD-lə döyüşən soydaşlarına dəstəyini ölkədə iğtişaş, qarşıdurma yaratmaqla həyata keçirir.  

Modern.az

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı