Oktyabrın 11-də Müsavat Partiyası Məclisinin sessiyası keçirilir. Sessiyanı 27 sentyabr qurultayında Müsavat başqanı seçilmiş Arif Hacılı aparıb.
75 Məclis üzvündən 50-nin iştirak etdiyi sessiyanın gündəliyində qurumun özündə və Mərkəzi Nəzarət Təftiş Komissiyasında boş qalan yerlərə seçkilər dayanır.
Musavat.com-un məlumatına görə, Məclisdə 38 yerə 65 namizəd, Mərkəzi Nəzarət Təftiş Komissiyasında 7 yerə 11 namizəd qeydə alınıb. Məclisdə 38 yerin hamısına, yoxsa 30 yerə seçki keçirilməsi üçün səsvermə olub. Heç bir variant yetərli səs qazanmayıb və keçmiş başqan İsa Qəmbərin təklif ilə 32 yerə seçki keçirilməsi qərara alınıb. Gizli səsvermə 2 saat ərzində keçirilib.Məclisin növbəti sessiyası oktyabrın 25-nə təyin olunub.
Həmin sessiyada Məclis sədri və Divan üzvləri seçiləcək.
Modern.az