Modern.az

Sevil Əliyevadan Azərbaycana təbrik mesajı

Sevil Əliyevadan Azərbaycana təbrik mesajı

Образование

20 Oktyabr 2014, 10:02


Azərbaycan Prezidenti İlham Əliyevin bacısı Sevil Əliyeva bu günlərdə qeyd etdiyimiz  18 Oktyabr Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb.  Modern.az saytının xəbərinə görə, Londonda yaşayan Sevil xanım özünün Facebook səhifəsində yazıb:
“Müstəqil Azərbaycan hər bir azərbaycanlının qürur mənbəyidir. Müstəqilliyin daimi, əbədi və dönməz olsun, Şanlı Azərbaycan!”.

Modern.az-ın məlumatına görə, Sevil Əliyeva uzun illərdir övladları ilə birgə Londonda yaşayır. O, tarix elmləri namizədidir. 1981-1986-cı illərdə SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı olub. Bir qızı, iki oğlu var.

1986-cı ildən musiqi sahəsində fəaliyyətini davam etdirən S.Əliyeva bir sıra mahnıların, o cümlədən anası, mərhum akademik Zərifə Əliyevaya həsr etdiyi “Ana” elegiyasının müəllifidir. O, həm də Space” Televiziyasının qurucusudur.
S.Əliyeva “Sevil" Qadınlar Məclisinin sədri, "SOS" Uşaq Kəndləri - Azərbaycan Assosiasiyasının fəxri prezidentidir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı