Krımdan olan siyasi şərhçi Valentina Samar Rusiyanın mart ayında ilhaq etdiyi Krım yarımadası ilə bağlı geniş hərbi-siyasi planlarının olduğunu yazıb.
Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, şərhçi rəsmi Moskvanın Aralııq dənizi regionunda güc balansını dəyişməyi planlaşdırdığını qeyd edib: “Krımda hərbi bazanın tikintisi sürətlə davam edir. Proses bu gün təkcə Ukraynanı deyil, Avropa Birliyini, NATO-nu və ABŞ-ı da narahat etməlidir. Əvvəllər Rusiyanın Qara Dəniz Donanmasının şəxsi heyəti 20 min idisə, bu gün bu rəqəm 100 minə çata bilər. Bu artım qoşunların yalnız müdafiə üçün nəzərdə tutulmadığından xəbər verir”.
“Xarici İşlər Meydanı” fondunun eksperti Andrey Klimenko da krımlı həmkarı Samarla razılaşır və dünyanın yeni nüvə təhlükəsi ilə üzləşdiyi xəbərini verir: “Qara dəniz hövzəsində analoqu olmayan hərbi bazanın tikintisi sürətlə davam edir.
Kırmda 40 alay, yaxud briqadadan ibarət yeni hərbi qüvvələrin yaradılması faktdır. Onlardan 2 alay starteji bombardumançılar üçün, 2 alay “Bastion” adlı sahil mühafizə kompleksləri, daha bir alay isə “İsgəndər-M” operativ-taktiki raket kompleksləri üçün yerləşdirilib”.
Klimenkonun fikrincə, Avropa Birliyi və NATO-nun sərhədlərinin 200-300 kilometrliyində yeni nüvə başlıqlı raket kompleksləri və bombardmançılar yerləşdirilib. Onun fikrincə, yay aylarında Krımda turizm mövsümünün iflasa uğraması Moskvanı narahat etmir: “Çünki bütün yay ayları ərzində Krıma Kerç boğzaı vasitəsilə yeni hərbi texnika daşınıb. Krımdakı köhnə hərbi texnika isə gizli şəkildə Şərqi Ukraynadakı separatçılara ötürülüb”.

Modern.az