Modern.az

İsa Qəmbərin oğlu Barak Obama ilə görüşüb – FOTO

İsa Qəmbərin oğlu Barak Obama ilə görüşüb – FOTO

تحصیلات

25 Oktyabr 2014, 11:56

 

Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərin oğlu, NİDA vətəndaş hərəkatının üzvü Turqut Qəmbər təxminən bir ay bundan qabaq ABŞ prezidenti Barak Obama ilə görüşüb. Modern.az saytı xəbər verir ki, Turqut Qəmbər bu barədə özünün facebook səhifəsində  Ağ Ev rəhbəri Barak Obama ilə birgə  fotosunu paylaşmaqla məlumat verib. Onun yazdıqların təqdim edirik: 

“Dostlar yəqin ki, xatırlayar. Təxminən 1 ay bundan öncə ABŞ-da səfərdə idim. Bu səfər gedişində keçirilən 1-2 görüşdən şəkil də paylaşdım. Səfər çərçivəsində mən həm də Clinton Global Initiative’n (Klinton Qlobal Təşəbbüsü) vətəndaş cəmiyyəti, qlobal problemlər və s. mövzularda təşkil olunmuş tədbirində də iştirak etdim. Həmin o tədbir ki, Obama dünyanın müxtəlif ölkələrində, o cümlədən Azərbaycanda vətəndaş cəmiyyəti üçün yaradılan problemlər barədə danışdı.

Bu tədbirin gedişində prezident Obamanın çıxışından qabaq onunla qısa görüş imkanımız da oldu. Bu da həmin görüşdən şəkil”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı