Milli Məclisin üzvü Zahid Oruc Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında keçirilən görüşdə söylədiyi fikirlərə münasibət bildirib.
Modern.az-ın məlumatına görə, Parlamentin iclasında çıxış edən Z.Oruc deyib ki, cəmiyyətdə əks-səda doğuran həmin çıxışda irəli sürülən bütün ideyalar hər bir vətəndaşın mövqeyini ifadə edir və milli əhəmiyyətinə görə bu parlamentdə geniş müzakirəyə layiqdir.
“Biz oturub təhlil etməliyik ki,nə üçün on illərdi ki.cənub bölgəsində orta məktəbi bitiriən Azərbaycan qızlarının 80 faizə qədər özünü ali təhsildən kənar qoyur.Yaxud,əksinə,şimal bölgəsindən isə 50 faizdən artıq oğlan təhsildən uzaqlaşaraq müxtəlif dini təsirlərin hədəfinə çevrilirlər.
Ötən əsrin əvvəllərində yeni cəmiyyət quruculuğundan ruhlanan Azərbaycan qadını Sevilin timsalında çadranıı başından atdısa,indi həmin qadınlar yenidən bürünür,yaxud dini libaslara dönürlər.
Mən heç kəsin hansı dinə etdiqadı və geyimi seçməsinin əleyhinə deyiləm,lakin əgər onlar bunu könüllü olaraq öz iradələri əsasında qəbul etsələr”.
Biz bunları təhlil etməliyik.
Eyni zamanda,hər il ali məktəbləri başa vuran 25 mindən artıq gənc dövlət qulluğuna qəbul üçün müraciət edirlər və əgər onların daşıdığı elmi keyfiyyətlər,hazırlıq və yaradıcı təşəbbüskarlığı qane edici səviyyədə deyilsə.bunların səbəbləri araşdırılmalıdır.
Tələbə Qəbulu Komissiyası hər il dövlət imtahanlarından sonra bir kitab səviyyəsində bütün təhsil prosesinə dair fundamental araşdırılmaları hazırlayır və bizə göndərir.Ən peşəkar beyin mərkəzləri səviyyəsində görülmüş bu işləri biz harada müzakirə etməliyik?
Ona görə 2002-ci ildə referendumla parlamentə verilmiş səlahiyyətləri nəzərə alıb biz Təhsil Nazirliyi,TQDK,Dövlət Qulluğuna qəbul üzrə komissiya ilə birgə bu əhəmiyyətli məzələrə ətrafında müzakirələr apararaq,son dərəcə önəmli qəraralar qəbul edə və hökumətin vacib proqramları qəbul etməsinə nail ola bilərik!”