Modern.az

“Mənim Gənclər Təşkilatım” layihəsi başa çatdı – FOTOLAR

“Mənim Gənclər Təşkilatım” layihəsi başa çatdı – FOTOLAR

Təhsil

5 Noyabr 2014, 11:15


”İRƏLİ” İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu ilə birgə “Mənim Gənclər Təşkilatım” layihəsi artıq yekunlaşıb. Xatırladaq ki, layihə 31 oktyabr – 4 noyabr 2014-cü il tarixləri aralığında keçirilib.

“Mənim Gənclər Təşkilatım” layihəsi ümumilikdə gənclər təşkilatının quruculuğunu, onun strukturunun formalaşdırılması yönündə həyata keçirilən bir layihədir. Layihə çərçivəsində müəyyən bir gənclər təşkilatının tam şəkildə fəaliyyət göstərməsi və inkişaf etməsi üçün, lazım olan katibliklərdən ibarət komandalar formalaşıb. Layihə düşərgə formatında keçirilib. Ümumilikdə gənclər təşkilatları mövcud olmayan 7 region gənclərini əhatə edəcək olan layihənin əsas məqsədi təşkilatın quruculuğu, onun strukturu, işləmə mexanizmi, idarə olunmasında yaxından tanış olunması, gənclərin iştirakı və maarifləndirilməsi, gənclərin layihədə iştirakını artırmaqla onların inkişafına dəstək olmaq olub. Həmçinin layihə çərçivəsində yeni təlim modulu yaradılıb. Layinənin son günündə gənclərə şəhadətnamə verilib.

Qeyd edək ki,  “İRƏLİ” İctimai Birliyi Azərbaycan Respublikasında əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti çərçivəsində ölkə gənclərinin sosial, humanitar, siyasi və mədəni cəhətdən inkişafında xüsusi yeri olan gənclər təşkilatıdır.

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı