Modern.az

Azərbaycanda bələdiyyə üzvlüyünə 21 min nəfərdən çox namizəd irəli sürülüb

Azərbaycanda bələdiyyə üzvlüyünə 21 min nəfərdən çox namizəd irəli sürülüb

تحصیلات

11 Noyabr 2014, 12:37


“Bələdiyyə seçkilərində iştirak etmək üçün vətəndaşlara bildiriş vərəqlərinin paylanılması dekabrın 16-na qədər yekunlaşacaq”.

Bunu Modern.az-a Mərkəzi Seçki Komissiyasının Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli  deyib.

Mərkəzi Seçki Komissiyasının bununla bağlı təlimatı olduğunu xatırladan şöbə müdiri  səsverməyə 7 gün qalanadək bu prosesin  yekunlaşacağınının nəzərdə tutulduğunu deyib. Onun sözlərinə görə, bildiriş vərəqlərinin paylanılması səsvermə gününə qədər yekunlaşacaq.

O qeyd edib ki, bildiriş vərəqləri seçki gününə 15 gün qalanda qanuniləşdirilmiş akt formasında seçki məntəqələrinə təhvil veriləcək.

Şahin Əsədlinin sözlərinə görə, indiyədək 21 764 nəfər bələdiyyə üzvlüyünə namizədliyini irəli sürüb. 1 724 nəfərin bələdiyyə üzvlüyünə namizədliyi artıq qeydə alınıb.

Azərbaycanda 118 dairədə keçiriləcək bələdiyyə seçkilərində 1 607 bələdiyyə üzrə 15 035 üzv seçiləcək. Namizədlərin irəli sürülməsi noyabrın 22-də başa çatacaq. Səsvermə dekabrın 23-də keçiriləcək.

Məltəm TALIBZADƏ

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı