Modern.az

Deputat Sevinc Fətəliyeva Avropa Şurasında təkliflər verib

Deputat Sevinc Fətəliyeva Avropa Şurasında təkliflər verib

تحصیلات

13 Noyabr 2014, 16:47



13-14 noyabr tarixlərində Strasburqda Uşaq hüquqları strategiyasına dair Avropa Şurası ekspertlər komitəsinin I iclası keçirilir. İclasda Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri müavini, Avropa Surasının Parlament Assembleyasının Ümumi İslər, Saglamlıq və Davamlı İnkisaf uzrə Komitə üzvü  Sevinc Fətəliyeva iştirak edir. Tədbirdə 2012-2015-ci illər üçün Avropa Şurasının uşaq hüquqları strategiyasının həyata keçirilməsi vəziyyəti və növbəti strategiyanın hazırlıq işləri müzakirə olunur.
Bugünkü iclasda Sevinc Fətəliyeva Avropa Şurası Parlament Assembleyası tərəfindən usaqların  huquqlarının təbliği mövzusunda çıxış edib və mövzu ilə əlaqədar təqdimat nümayiş etdirib. Çıxışda Parlament Assambleyasının bu sahədəki rolundan, uşaq hüquqları haqqında qəbul edilən son qətnamələrdən, cari və gələcək fəaliyyətdən bəshs edilib, uşaqların hüquqlarının qorunması ilə bağlı AŞ-nın yeni strategiyasına dair təkliflər verilib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı