Modern.az

Qarabağı Ermənistanla birləşdirən 2-ci yolun tikintisindən son görüntülər - VİDEO

Qarabağı Ermənistanla birləşdirən 2-ci yolun tikintisindən son görüntülər - VİDEO

تحصیلات

14 Noyabr 2014, 11:41

Ötən ildən başlayaraq Ermənistanı Dağlıq Qarabağla şimaldan birləşdirəcək Vardenis-Ağdərə yolunun tikintisi davam edir. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, işğal altında olan Kəlbəcər rayonunun ərazisindən keçəcək yolun tikintisi hazırda sürətlə davam edir. Ümumi dəyəri 33 milyon dollar dəyərləndirilən yolun maliyyələşməsi üçün “Hayastan” Ümumerməni fondunun ötən il keçirdiyi telemarafonda topladığı 22 milyon dollar vəsaitdən istifadə olunur. Lakin bu məbləğ bütün tikinti xərclərini ödəyə bilmədiyi üçün noyabrın 27-də “Hayasan” fondunun keçirəcəyi növbəti telemarafonda da yolun tikintisi üçün vəsait toplancaq.
Bu, Laçın dəhlizindən sonra işğal altındakı Dağlıq Qarabağı Ermənistanla birləşdirəcək 2-ci yol olacaq.

Modern.az Vardenis-Ağdərə yolunun Kəlbəcər rayonu ərazisindən keçən hissəsində aparılan tikinti işlərinin videosunu təqdim edir.    

 



Vüqar İsmayılov
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı