1967-ci ildə Xankəndi şəhərindən təxminən 1 km aralıqda,şəhərin şimali şərq hissəsində və Bakı-Xankəndi-İrəvan yolunun Xankəndi stansiyası ərazisindən keçən hissəsində “Biz Dağlarımızıq” adlı abidə tikildi. Abidə Azərbaycan vətəndaşı olan,lakin daxilən erməni millətçisi olan Sarkis Baqdasaryan tərəfindən ucaldıldı. Ermənilər üçün indi bu abidə rəmzi səciyyə daşıdığından abidənin memarını Səfi Qarayevin deyil,Yuri Hakopyanın adı ilə bağlayırlar. Abidə hal-hazırda qondarma qurumun gerbində,Xankəndi şəhərinin gerbində,1994-cü ildə Ermənistanın xatirə sikkələrində və 2004-cü ildə qondarma qurumun 5-dram sikkəsində təsvir edilmişdir. Xatırladaq ki,Eurovision Mahnı Müsabiqəsinin 2009-cu il buraxılışında ermənilər hazırladıqları reklam çarxında Azərbaycan ərazisində, daha dəqiq desək işğal etdikləri Qarabağ ərazisində ucaldılmış bu abidənin təsvirini nümayiş etdirmişdilər ki, bu da həmin ölkənin Azərbaycanın bir hissəsinə açıq ərazi iddiasının və acgözlüyünün təzahürü idi. Nəticədə müsabiqənin təşkilat komitəsi Azərbaycan XİN-nin etirazına təcili reaksiya göstərərək, Azərbaycan ərazisində olan abidənin təsvirini erməni ifaçıların reklam videoçarxından çıxardı. Erməni müğənnisi Siruşonun Ermənistan üzrə səsvermənin nəticələrini elan etdiyi vaxt abidəsinin təsvirini bloknotunun arxasında nümayiş etdirməsinə isə həyasızlıqdan başqa ad vermək olmazdı...Историко-архитектурные памятники Нагорного Карабаха”adlı kitabın müəllifi olan Şaqen Mkrdçyan 1983-cü ilin yayında nəşr etdiyi yazıda bu abidəni “çoxəsrlik planetin mərkəz hissəsi”adlandırmışdı. Mkrdçyanın kitabında əks olunmuş heykəlin altında yazılmışdır: “Памятник долгожителей: Мы и наши горы”.
Yəni Mkrdçyan bildirmək istəyir ki,bu çoxəsrlik mərkəzi hissədə ta əzəldən erməni qövmü yaşamışdır. Lakin o,unudur ki,vaxtilə Qarabağa gəlmələrinin şərəfinə Marağada abidə də ucaldılmışdı.Təbii ki,bu cür abidələr məhv edildi və tarix saxtalaşdırıldı. Nəticə etibarıyla abidənin tikilməsinə Azərbaycan SSRİ razı olmasa da abidə tikildi. Maraqlıdır məlumatlardan biri də odur ki,abidə Azərbaycan SSR-nin büdcəsindən ayrılmış vəsait hesabına yaradılmışdı. Hal-hazırda bir çox soydaşımız bu qoca kişi və qadın başlarından ibarət olan abidənin dağlarla nə cür əlaqəsi olduğunu düzgün anlamır... Təbii ki,erməni hiyləsi burada da öz sözünü deyir.Belə ki, 1968-ci ildə isə açılış üçün Bakıdan Xankəndinə gələn Sovet rəsmiləri soruşmuşdu: "Bu təsvirdə onların ayaqları yoxdur? "Baqdasaryanın cavabı belə oldu: “Onların ayaqları çoxdan öz torpaqlarında yatmaqdadır”. Yəni yuxarıda qeyd etdiyim kimi daşnak ruhunda tərbiyə olunmuş Sarkis bu cavabla ermənilərin Qarabağın köklü sakinləri olduğunu göstərməyə çalışırdı.Təbii ki,ermənilər abidənin üzərində yarandığı ili deyil,ümumilikdə XX əsri göstərməsi abidənin tikilməsini qədimləşdirməyə və bu yolla ermənilərin burada ta əzəldən mövcudluğunu göstərməyə çalışmasından ibarətdir.
Həmin abidəni sökmək üçün isə Vilayət Partiya Komitəsinin birinci katibi B.Gevorkov qərar çıxarsada qərar yerinə yetirilməmişdi.Heykəlin real adı isə Biz Dağlarımızıq olsa da abidə daha çox “Dadik-Babik” adıyla tanınmaqdadır.Abidə şərqi erməni ləhcəsində Nənəcik və Babacıq,qərbi erməni ləhcəsində isə Anacıq və Babacıq adlandırılır. Abidə qırmızı vulkanik tuf daşından hazırlanmış və hündür təpə üzərində tikilmişdi.Yonulmuş tuf üzərində qoca kişi və qadın təsvirində qadının ağızı yaylıqla örtülmüşdür. Abidənin hündürlüyü-2.50. Sağdan-sola uzunluğu-2.40. Çəkisi - təxmini qiyməti 300 kqdır. Ermənilərə görə abidənin üçbucaq şəkilli hissələri Ararat dağının zirvəsini bildirir.Həqiqətdə isə abidə Qarabağın, Azərbaycanın digər bölgələrində olduğu kimi uzunömürlülər diyarı olmasının göstəricisidir.Bunu Pravda qəzeti bu cür şərh edib: “Bu abidə uzunömürlülük şərəfinə tikilmiş dünyanın ilk abidələrindən biridir”.
Heykəl hal-hazırda da Qarabağın ən gözəl memarlıq nümunəsi və rəmzidir.2013-cü ildə Moskvada yaşayan Karen Kamoyi Avaqumyanın köməyi ilə yenidən qurulan abidədə ermənilər müxtəlif yazılar yazıb və bununla da abidənin görünüşünə ciddi xələl gətiriblər. Burada isə təəccüblü heç nə yoxdur. Bu ermənilərin tarix boyu abidələrimizə qarşı etdikləri saxtakarlıq nümumələrindən biridir.
