Modern.az

Səfir: “Azərbaycan Türkiyəyə satdığı qazın qiymətini aşağı sala bilər”

Səfir: “Azərbaycan Türkiyəyə satdığı qazın qiymətini aşağı sala bilər”

Образование

12 Dekabr 2014, 13:10


Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun TANAP layihəsi ilə bağlı jurnalsitlərin suallarını cavablandırıb.

Modern.az saytının məlumatına görə səfir bildirib ki, Rusiya və Türkiyənin enerji sahəsində  yaxınlaşmasının TANAP layihəsini arxa plana atacağı barədə deyilənlər doğru deyil.

Səfir onun da qeyd edib ki, Azərbaycandan Türkiyəyə satılan qazın qiyməti aşağı salına bilər: “Lakin bu barədə məndə dəqiq məlumat yoxdur. Fikrimcə, Azərbaycan Türkiyəyə verdiyi qazın qiymətinə baxa bilər. Bu, yəni qazın qiymətinin aşağı salınması hər an reallaşa bilər”,-deyə İsmayıl Alper Coşqun bildirib.    

Ulduz İbrahimova

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı