Modern.az

Pakistandakı terrordan dəhşətli görüntülər – VİDEO

Pakistandakı terrordan dəhşətli görüntülər – VİDEO

تحصیلات

18 Dekabr 2014, 01:15

 

Pakistanın Peşəvar şəhəri "Taliban"ın məktəbə hücumu zamanı dünyasını dəyişmiş 148 uşağın və doqquz işçinin dəfnini həyata keçirir.

Məktəbdən döşəmədəki qan, divarlarda güllə izlərini göstərən şəkillər hücumun qəddarlığını nümayiş etdirir.

Hazırda dünyasını dəyişmişlərin kütləvi dəfni və ibadətlər davam etməkdədir.  

Baş Nazir Nəvaz Şərif milli qəzəb doğurmuş qətliama görə üç günlük matəm elan edib. Şərif həmçinin, terrorizm faktlarına görə ölüm hökmünə qoyulmuş moratoriumun sona çatdığını bildirib

Bu, bir çox pakistanlının terrorda şübhəli bilinən şəxslərin ədalətdən yayınması ilə bağlı fikirlərinin qarşısını almaq üçün atılmış addımdır.  

Qeyd edək ki, bütün dünya hücumların şokunu yaşayır. Bir çox ölkə başçıları baş verən terror aktını sərt şəkildə qınayıblar. Türkiyədə isə bu gün bir günlük matəm elan edilmişdi.(musavat.com)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı