Modern.az

“Putini yaxın əhatəsi aldadıb”

“Putini yaxın əhatəsi aldadıb”

تحصیلات

19 Dekabr 2014, 15:51


Dünya mətbuatı Krımın Rusiyaya birləşdirilməsinin təsadüfi olmadığını və öncədən planlaşdırıldığını sübut edən yeni materiallar dərc etməkdə davam edir. Məlumata görə, prezident Putin Krımın ölkəsinə birləşdirilməsinə dair qəti qərarını fevral ayında Soçi Qış Olimpiya Oyunları öncəsi keçirilən gizli iclasda verib.
Modern.az xəbər verir ki, “Bloomberg” agentliyinə adının açıqlanmasını istəməyən və həmin iclasda iştirak edən 2 yüksək vəzifəli rusiyalı məmur iclasın gedişi barədə maraqlı məlumatlar bölüşüblər. Onların sözlərinə görə, Vladimir Putinin köməkçiləri prezidenti əmin ediblər ki, Krım ilhaq olunduqdan sonra ölkəni gözləyəcək Qərb sanksiyalarını 500 milyard dollarlıq valyuta ehtiyatları hesabına asanlıqla dəf etmək mümkün olacaq. Amma verilən vədlər üstündən keçən 9 ay ərzində əks effektli olub.

İlin əvvəlindən Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar dekabrın 17-nə qədər rublun dəyərdən 2 dəfə düşməsi ilə nəticələndi. Dekabrın 16-da dollar 80, avro isə 100 rubla qədər bahalaşdı, son məlumatlara görə, dollar 59, avro isə 73 rubldur.

“Ətrafının Putinə verdiyi vədlərə baxmayaraq, Rusiya 1998-ci ildən bəri ən ağır iqtisadi böhranla üzləşib. Rublun çöküşünü və valyuta bazarındakı panikanı aradan qaldırmaq üçün Rusiya Mərkəzi Bankı faiz dərəcələrini yenidən qaldırmağa və öz beynəlxalq valyuta ehtiyatlarının 17 faizini, yaxud 87 milyard dollarını xərcləməyə məcbur olub. Lakin bunun da köməyi olmayıb”,  - “Bloomberg” agentliyi qeyd edir.

Agentliyin fikrini soruşduğu 6 iqtisadçı isə Rusiya Mərkəzi Bankının rublun kursunu stabil saxlamaq üçün daha 70 milyard dollar xərcləyəcəyini, 2015-ci ilin sonuna qədər isə Rusiya şirkətlərinin 50 milyard dollar dəyərində valyuta istiqrazları və kredit borclarını ödəməli olacağını güman edir.

Valyuta ehtiyatları ilə bağlı məsələ də ağır olaraq qalır. Belə ki, əgər 2014-cü il yanvarın 3-nə Rusiyanın valyuta ehtiyatları 510,5 milyard dollar təşkil edirdisə, dekabrın 12-si üçün bu rəqəm xeyli “əriyərək” 414,6 milyard dollar təşkil edib.

“Bloomberg”in məlumatına görə,indiki vəziyyətdə Rusiya “Standart and Poor`s”, “Moody`s” və “Fitch Ratings”  şirkətlərinin reytinqində təhlükəli perspektivə malik ölkələrdən biridir.

Rusiya hökumətind çalışan  adı açıqlanmayan 3 məmur Putinin son 5 ildə neft qiymətlərinin dünya bazarlarında yüksək olmasından isitfadə edərək topladığı nəhəng maliyyə resurslarının onun köməyinə gəldiyini göstərir. Onların fikrincə, əgər bu “pul yastığı” olmasaydı Putin Ukraynada münaqişəni gərginləşdirə bilməyəcəkdi.

“Putin üçün Rusiyanın son 14 ildə topladığı ehtiyat pul siyasi hakimiyyətə ekvivalent idi”, - “Bloomberg” agentliyinə açıqlama verən keçmiş maliyyə naziir Aleksey Kudrin deyir.

“Bloomberg”in məlumatına görə, 2007-ci ildə Rusiyanın valyuta ehtiyatları 300 milyard dollara çatanada Putin açıq şəkildə ABŞ-a qarşı tənqidlə çıxış edirdi. 2008-ci ildə bu ehtiyatlar 598 milyard dollara çatdıqda isə Gürcüstanla müharibə edirdi.

Amma ötən gün jurnalistlərin qarşısına çıxan Vladimir Putin ölkədəki iqtisadi böhranı Krımın ilhaqı ilə əlaqəli olmadığı düşünür: “Bu, Krıma görə ödədiyimiz hesab deyil, bu bizim millət, sivilizasiya və dövlət kimi mövcudluğumuzu saxlama üçün ödədiyimiz hesabdır”.

Maraqlıdır ki, 2008-ci ildə Gürcüstanla baş verəcək müharibədən bir neçə ay öncə Buxarestdə “Rusiya-NATO” şurasında keçirilən qapalı görüş zamanı Putin rəsmi Kiyevin NATO-ya üzv olacağı təqdirdə Kırm və Şərqi Ukraynanı ilhaq edəcəyini bildirmişdi.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı