Modern.az

MSK sabahkı seçkilərlə bağlı son statistikanı açıqladı

MSK sabahkı seçkilərlə bağlı son statistikanı açıqladı

Education

22 Dekabr 2014, 10:25

Dekabrın 23-də  bələdiyyə seçkiləri keçiriləcək. Bu, müstəqil Azərbaycanın müstəqil dövlətçilik tarixində  sayca 4-cü bələdiyyə seçkisidir.

Modern.az xəbər verir ki, seçiklərdə 118 seçki dairəsinin 1607 bələdiyyəsinə 15 min 35 üzv seçilməlidir.

MSK-nın məlumatına görə, bələdiyyə seçkiləri üçün 4 milyon 976 min 302 seçki bülleteni çap edilib. Həmçinin, 37 min 100 nəfərdən çox namizədin adı bülletenlərə daxil edilib. Belə ki, bu, keçən bələdiyyə seçkilərindəki namizədlərdən 7 min nəfər artıqdır. 

Xatırladaq ki, ötən seçkilərdə  orta hesabla hər bələdiyyə üzvlüyünə 2 namizəd vardısa, bu il orta hesabla 2,5 namizəd var. 300 nəfərə qədər namizəd qeydə alınandan sonra namizədlikdən imtina edib. İndiyə qədər 10 minə qədər müşahidəçi qeydə alınıb. Hər məntəqə üzrə 3 müşahidəçinin olacağı gözlənilir. Ümumilikdə 30 partiyanın üzvü bələdiyyə üzvlüyünə namizəddir. Ən çox namizədi qeydə alınan partiya YAP-dır.

Azərbaycanda bələdiyyə seçkilərində namizədliyi qeydə alınmış şəxslərin təşviqat kampaniyası üçün ayrılmış vaxt başa çatıb.Noyabrın 30-da başlamış təşviqat kampaniyası 22 gün davam edib.
Kampaniya üçün ayrılmış vaxt bu gün səhər 08:00-da başa çatıb.
Təşviqat kampaniyasını qeydə alınmış namizədlər, onların vəkil təyin edilmiş şəxsləri, səlahiyyətli nümayəndələri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları aparmaq hüququna malik idilər.

 

Məltəm TALIBZADƏ

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı