Modern.az

“Putinin adına məscid tikilə bilməz” - İlahiyyatçı

“Putinin adına məscid tikilə bilməz” - İlahiyyatçı

تحصیلات

16 Fevral 2015, 17:20


Rusiya müsəlmanları Moskvada prezidenti Vladimir Putinin adına məscid tikilməsi təşəbbüsü ilə çıxış ediblər. Məlumatda qeyd edilir ki, Birləşmiş İslam Konqresi Putinin adına məscid tikmək xahişi ilə artıq Moskva meri Sergey Sobyaninə müraciət də göndərib. Maraqlıdır, müsəlman olmayan şəxsin adına məscidin tikilməsi doğrudurmu?

İlahiyyatçı, “Məşədi Dadaş” məscidinin axundu Hacı Şahin Həsənli Modern.az-a deyib ki, bu mümkün deyil: “İndiyə qədər hansısa xristianın adını daşıyan  məscid tikilməsi faktı olmayıb. Ümumiyyətlə, qeyri-müsəlman olanın adına məscid tikmək, hansısa məscidə onun adının verilməsi təcrübəsi yoxdur. Belə bir addımın atılmasını həm də doğru hesab etmirəm. Çünki məscid müsəlmanların ibadət yeridir. Ona görə də müsəlman şəxslərin adı ilə bağlı olmalıdır. Çox vaxt məscidlər müqəddəs şəxslərin, onları  müşayiət edən insanların adı ilə bağlı olur. Məsələn, Əjdər məscidi, Məşədi Dadaş məscidi və sairə”.

Putinin adına məscid tikilməsinə gəlincə, axund bunun məqbul olmadığını deyib: “Əgər hər hansı qeyri-müsəlman olan insan siyasi xadimdirsə, məscidlə, ibadətlə bağlılığı yoxdursa, onun adına hansısa məscidin verilməsi  məqbul deyil. Putinin də məscidlə heç bir bağlılığı yoxdur”.

Namidə BİNGÖL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı