Modern.az

ABŞ dövlət katibinin müavini Elçin Şıxlı və İsa Qəmbərin oğlu ilə görüşdü

ABŞ dövlət katibinin müavini Elçin Şıxlı və İsa Qəmbərin oğlu ilə görüşdü

Təhsil

17 Fevral 2015, 14:07

ABŞ dövlət katibinin müavini Viktoria Nuland fevralın 17-də Bakıda prezident İlham Əliyevlə görüşüb. O yarım günlük səfər zamanı vətəndaş cəmiyyətinin təmsilçilərinə də vaxt ayırıb – 20 dəqiqə. Nuland jurnalist Elçin Şıxlı, Marşal Fondunun təmsilçisi Mehriban Rəhimli və NİDA Hərəkatından Turqut Qəmbərlə görüşüb.

Mehriban Rəhimli “Azadlıq” radiosuna deyib ki, görüşdə vətəndaş toplumunun problemlərindən danışıblar, ancaq bu haqda mətbuata geniş məlumat verə bilməz.

Elçin Şıxlı “Azadlıq” radiosuna görüş haqda bunları söyləyib: “O prezidentlə görüşdən sonra bizimlə danışdı. Xüsusi müzakirə olmadı. Vaxt çox az idi. Ancaq Viktoria Nuland dedi ki, prezidentlə insan haqları, demokratiya məsələlərini, regional problemləri müzakiə ediblər. Təəssürat budur ki, bizimlə işləmək istəyirlər, işləyəcəklər də yəqin...”.

Dövlət katibinin müavini görüşdən sonra mətbuatın suallarını cavablandıdrıb.

Nuland Bakıda görüşlərini yekunlaşdırdıqdan sonra Gürcüstana yollanıb.
Onun Tbilisidə rəsmilər, müxalifət liderləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşləri nəzərdə tutulub.

Fevralın 18-də isə Viktoria Nulandın Yerevanda rəsmiləri, vətəndaş cəmiyyəti və gənclərin nümayəndələri ilə görüşəcəyi bildirilir. Bu görüşlərdə iqtisadi və siyasi sahələrdə əlaqələrin gücləndirilməsi, o cümlədən Dağlıq Qaraqbağ münaqişəsi müzakirə olunacaq.​

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı