
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Lənkəran məktəblilərinin 9-cu sinif şagirdləri arasında 2014-2015-ci dərs ilinin yekunlarına həsr olunan “Hikmət, ismət və dəyanət” mövzularında müsabiqə elan edib.
325 nəfər əlaçı və fəal məktəblinin qatıldığı müsabiqədə nümunəvi davranışından, təhsil və idman sahəsində qazanılan uğurlara görə I, II və III yerlər üçün 9 mükafat müyyənləşdirilib.
Deputat I yerləri qazanmış məktəblilərə uşaq istirahət düşərgələrinin birində bir həftəlik dincəlmək üçün göndəriş, II yerlər üçün mobil telefonlar, III yerlər üçün dəftərxana və kitab dəsti verilməsini nəzərdə tutub.
Mükaftlar qaliblərə may ayının sonunda, deputatın Lənkəran şəhərindəki qəbul otağında təqdim olunacaq.
16 ildən bəri mütəmadi olaraq aparılan belə müsabiqələrdə minlərlə məktəbli iştirak edib, qaliblərin böyük əksəriyyəti ali məktəblərə daxil olub, ictimai- siyasi həyatda fəallıqları ilə fərqlənib.
Modern.az