Modern.az

Bakıdan rayonlara gedən yollar buz bağlayıb

Bakıdan rayonlara gedən yollar buz bağlayıb

تحصیلات

22 Fevral 2015, 00:18

Bakıdan bütün istiqamətlərdə yollarda sürüşkənlik yaranıb. Fevralın 21-də gündüz saatlarından yağan qar bu saatlarda bir çox yerlərdə buza çevrilib. Dağlıq və dağətəyi rayonlarda isə küləkli qar ciddi fəsadlar yaradıb.

Paytaxt Bakının özünə gəlincə, yağan qar bir sıra yollarda hərəkəti çətinləşdirib.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Bakıdakı yollarla bağlı sürücülərə xəbərdarlıq edib. Mərkəzin məlumatında bildirilir ki, Badamdar şossesi, Zərdabi prospekti və Avtovağzalın qarşısından Biləcəri istiqamətində yollar sürüşkən və təhlükəlidir: "Bu istiqamətlərdə hərəkət edərkən ehtiyatlı olun - Badamdar şossesi, Zərdabi prospekti, Avtovağzalın qarşısından Biləcəri istiqamətində yollar sürüşkən və təhlükəlidir!".

İndiki saatlarda isə şəhərin əksər küçələrində yollar sürüşkəndir.

 

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı